Ordu.az xəbər verir ki, sənəddən Mayilyanın Rusiya Federasiyasına girişi 2020-ci il martın 11-dən etibarən qadağan olunub və qadağa 5 il, yəni 2025-ci il martın 11-nə qədər qüvvədə qalacağı qeyd olunub.
Qadağa qərarı Rusiya Federal Təhlükəsizlik Xidməti (ФСБ) tərəfindən qəbul olunub. Səbəb olaraq qeyd edilib ki, Masis Mayilyan Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradır.
Mənbə həmçinin bu fakta da diqqət yetirir ki, qərarda qeyd edilmiş pasport seriyası diplomatik pasportdur.

Alpər Mövludoğlu
Ordu.az